İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Əhməd əl-Üseymin Ermənistanı işğal etdiyi Azərbaycan ərazilərini azad etməyə çağırıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Baş katib İƏT-in Ciddə şəhərindəki baş qərargahında Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə çıxış edərək beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət etməyə səsləyib.
Yusif bin Əhməd əl-Üseymin Ermənistanı Azərbaycan ərazilərini dərhal və qeyd-şərtsiz boşaltmağa çağırıb.
“Xocalı faciəsi Ermənistanın Azərbaycan ərazilərinin işğal etməsinin nəticəsidir”, - deyə baş katib bildirib.
İƏT-in baş katibi, həmçinin İƏT ölkələrini Ermənistanın Azərbaycan ərazilərinin işğalına son qoymaq üçün bu ölkəyə təzyiq göstərməyə çağırıb.
N.О.
www.oxu.az