İkinci Dünya müharibəsinin başlanması barədə ilk məlumat verən britaniyalı jurnalist Kleyr Hollinqvors vəfat edib.
Oxu.Az-ın BBC-yə istinadən xəbərinə görə, Kler Hollinqvors 106 yaşında dünyasını dəyişib.
K.Hollinqvors 1939-cu ildə Polşadan Almaniyaya səyahət edərkən iki ölkənin sərhədində Almaniya ordusunun toplaşdığı barədə xəbər yayıb.
Jurnalist fəaliyyətinə başlamazdan əvvəl o Hitler Almaniyasını tərk etmək istəyən minlərlə insana britaniya vizasının almağa kömək edirdi.
1911-ci ildə doğulan K.Hollinqvors Vyetnam, Əlcəzair, Yaxın Şərq ölkələrində jurnalist işləyib.
S.B.
www.oxu.az