Milyarder İlon Mask "Reuters"i ən ən bərbad agentlik adlandırıb.
Oxu.Az xəbər verir ki, iş adamı bu barədə "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Reuters" (agentliklərin-red.) ən bərbadıdır", - deyə onun postunda deyilir.
Mask bu sözləri agentliyin vaxti ilə özünün kurasiyasında olan ABŞ hökumətinin fəaliyyətinin effektivliyinin artırılması üzrə qurumun (DOGE) ləğv edilməsi haqqında məlumatının feyk adlandırıldığı posta şərhində yazıb.
Reuters is the worst
— Elon Musk (@elonmusk) November 25, 2025
Xatırladaq ki, "Reuters" ABŞ hökumətinin kadr xidmətinin rəhbəri Skott Kupora istinadla xəbər verib ki, DOGE səlahiyyət müddətinin bitməsinə səkkiz ay qalmış fəaliyyətini dayandırıb. Agentliyin qeyd etdiyinə görə, ABŞ Kadrları İdarəetmə Xidməti ləğv edilmiş bu qurumun bir çox funksiyalarını öz üzərinə götürüb.
ABŞ Prezidenti Donald Tramp andiçmə mərasimindən qısa müddət sonra dövlət aparatının ixtisar edilməsi və bürokratiyaya qarşı mübarizə üzrə bir sıra tədbirlər elan edib. O, Maska hökumətin işinin effektivliyinin artırılması üzrə qurumun fəaliyyətinə rəhbərlik etməyi tapşırıb.