İndoneziyanın Tangeranq şəhərində yerləşən fişəng zavodunda baş verən partlayış nəticəsində ən azı 46 nəfər ölüb.
Bu barədə Oxu.Az "AFP" agentliyinə istinadən xəbər verir.
Ölənlərin əksəriyyətinin cəsədləri yandığı üçün kimliklərini təyin etmək çətindir.
Hazırda hadisənin səbəbi araşdırılır.
***
12:48
İndoneziyanın paytaxtı Cakartanın qərbində yerləşən Tangerangdakı fişəng fabrikində partlayış olub.
Oxu.Az Haber7-yə istinadən xəbər verir ki, hadisə nəticəsində 27 nəfər ölüb, 35-i yaralanıb.
Məlumata əsasən, partlayışdan əvvəl fabrikdə yanğın olub.
N.O.