İranlı rejissor Əsgər Yusifinejad yeni əldə etdiyi və hələ tamamlamadığı “Ögey gəlin” adlı ssenarini ekranlaşdırmaq niyyətindədir.
Oxu.Az İran mətbuatına istinadən xəbər verir ki, o, filmin çəkilişlərinin Azərbaycanda aparılacağını bildirib.
Qeyd edək ki, Əsgər Yusifinejadın bundan əvvəl Azərbaycan dilində çəkdiyi “Ev” filmi Tehranda keçirilən “Fəcr” Film Festivalında mükafata layiq görülüb. Ekran əsəri yaxın günlərdə Tokioda keçiriləcək Beynəlxalq Film Festivalında da nümayiş olunacaq.
A.S.
www.oxu.az