Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İngiltərədə milyonlarla insanın qaz və elektrik enerjisi kəsilə bilər
İngiltərənin “Citizens Advice” xeyriyyə təşkilatı xəbərdarlıq edib ki, bu qış 2 milyondan çox insan borclarını ödəyə bilmədiyi üçün qaz və işıqdan məhrum ola bilər.
Təşkilatın məlumatına görə, ötən il 800 min insan hesabı ödəyə bilmədiyi üçün bir gündən çox istilik və işıqsız qalıb. Bu il vəziyyət daha da pisləşə bilər.
Qeyd olunur ki, İngiltərədə 5,3 milyon evin enerji resursları üzrə borcu var. Bu, onları əvvəlcədən ödənişli sayğaclar quraşdırmaq təhlükəsi ilə üz-üzə qoyur, çoxları isə bu sayğaclara vəsait yatıra bilmir.
Təşkilatın fikrincə, enerji haqlarının ödənilməsi üçün mövcud dəstək kifayət deyil. Artan enerji borcunu həll etmək üçün plan lazımdır. Təşkilat aprel ayına qədər orta elektrik enerjisi haqqının 20 funt sterlinq düşəcəyini gözləyir, lakin yenə də bu vəziyyəti yaxşılaşdırmayacaq.
Mənbə: gazeta.ru
Rəylər