İranın cənub-şərqindəki Zahedan şəhəri yaxınlığında polis təyyarəsi qəzaya uğrayıb, nəticədə 7 nəfər ölüb.
Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, insident ötən gün axşam saatlarında baş verib. Yüngül mühərrikli Turbo Commander təyyarəsi paytaxt Tehrandan havaya qalxıb. Təyyarənin göyərtəsində 3 nəfər ekipaj və istintaq idarəsinin rəisi daxil olmaqla, 4 sərnişin olub.
Xilasedicilər artıq qəza yerini aşkarlayıblar.
Qəzanın səbəbləri müəyyənləşdirilir.