Öz amansızlıqları ilə dünyanı heyrətə gətirən terror təşkilatı İŞİD-in daha bir tükürpərdən videosu yayılıb.
Oxu.Az Axar.az-a istinadən xəbər verir ki, bu videoda da terror təşkilatının İraqda törətdiyi dəhşətli hadisələrdən biri yer alıb.
Türk saytların birində yayımlanan bu dəhşətli görüntülərdə İŞİD döyüşçülərinin insanları diri-diri yandırdığı, ən ağlagəlməz üsullarla işgəncə verdiyi görünür.
Ürəyi zəif olanların baxması məsləhət görülmür.
Videodakı görüntülərdə ərazidəki avtomobillərin partladıldığı, insanların yana-yana bu dəhşətdən qaçıb xilas olmaq istəyi açıq-aşkar görünür.