İraq ordusunun hərbi qulluqçuları Mosul şəhərində “Ən-Nuri” məscidini mühasirəyə alıblar.
Oxu.Az-ın xəbərinə görə, bu barədə məlumatı martın 29-da “BBC News” nəşri yayıb.
Qeyd olunur ki, məhz bu məsciddə 2014-cü ildə “İslam dövləti” terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadi xilafət elan edərək özünü xəlifə təyin edib.
Nəşr bildirir ki, İraq ordusu “Əl-Məlyab” stadionunu nəzarətə götürüb, xüsusi təyinatlı dəstələr isə Köhnə şəhərə daxil olurlar.
Mosulun qərb hissəsində hərbi əməliyyatlar beynəlxalq koalisiya qüvvələrinin iştirakı ilə 2016-cı ilin oktyabr ayında başlayıb.
S.B.
www.oxu.az