İŞİD lideri Əbu Bəkr əl-Bağdadi sağ tutulmaması üçün “şəhid kəməri” ilə yatır.
Oxu.Az-ın məlumatına görə, bu barədə Əl-Ərəbiyə telekanalı məlumat yayıb.
Telekanalın xəbərinə əsasən, bir neçə həftə əvvəl Mosul sakinlərindən biri İraq kəşfiyyatına əl-Bağdadiyə dair məlumatlar göndərib.
Mənbə bildirib ki, İŞİD lideri son vaxtlar şəhərin altında yerləşən tunellərdən istifadə edərək yerin altında yaşayır.
“O “şəhid kəməri” gəzdirir və hətta bu kəmərlə birgə yatır ki, ələ keçsə sağ təslim olmasın”, - mənbə deyib.
S.B.
www.oxu.az