ABŞ dekabrın 22-də Yaponiyanın ən cənub prefekturası Okinavanın bir hissəsini geri qaytarmaq niyyətindədir.
Oxu.Az xəbər verir ki, bu barədə TASS yapon KİV-ə istinadən xəbər verir.
Kuniqami və Xiqasi kəndləri arasında 4 min hektar torpaq şimal təlim poliqonunun tərkibinə daxildir.
Hazırda yapon mütəxəssisləri torpağın çirklənmə səviyyəsini yoxlamağa hazırlaşırlar.
Qeyd edilir ki, ərazilərin qaytarılması haqqında müqavilə 1996-cı ildə bağlanıb, amma 2002-ci ildə onun həyata keçirilməsi qeyri-müəyyən zamana keçirilib. Sənədə görə, Yaponiya şimal təlim poliqonu ərazisində ABŞ HQ üçün altı helikopter meydanaçası tikməlidir. Hazırda yalnız ikisi tikilib, qalan iki meydançanın inşaat işləri yayda bərpa edilib.
N.O.
www.oxu.az