İsrail parlamenti ikinci və üçüncü oxunuşda Fələstin ərəblərinin torpaqlarında tikililəri qanuniləşdirən qanun layihəsini qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.
Knessetin 60 deputatı qanun layihəsinin lehinə, 52 nəfər isə əleyhinə səs verib. Qanunun təşəbbüskarlarından biri “Bayt Yequdi” partiyasının nümayəndəsi Betsalel Smotriç səsvermə gününü tarixi gün adlandırıb.
Daha öncə BMT-nin Təhlükəsizlik Şurası belə tikilini qadağan edən qətnamə qəbul etmişdi.
N.O.
www.oxu.az