İsrail hərbçiləri İordan çayının qərb sahilində keçirdikləri reyd zamanı məscidlərdən birində əldəqayırma partlayıcı qurğuların istehsal olunduğu gizli laboratoriya aşkar ediblər.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) nümayəndəsi Avixay Edri "X" hesabında məlumat verib.
Onun sözlərinə görə, laboratoriya Əl-Fərəh düşərgəsində keçirilən reyd zamanı Əbu Bəkr əs-Siddiq məscidində tapılıb və daşınması çətin olduğu üçün istehkamçılar tərəfindən yerindəcə məhv edilib.
Avixay Edri qeyd edib ki, bu zaman yanğın baş verib, lakin məscidin ibadət zalı və digər otaqlarına ziyan dəyməyib.
İsrail ordusu məsciddə partlayıcı qurğuların istehsal olunduğu gizli laboratoriya aşkar etdi
Rəylər