İsrail aviasiyası "Ənsar Allah" qiyamçı hərəkatından olan husilərin nəzarətində olan Yəmənin Hodeyda ticarət limanına zərbələr endirib.
Oxu.Az xəbər verir ki, bu barədə üsyançılara məxsus "Al Masirah" telekanalı məlumat yayıb.
Yerli mənbələrin məlumatına görə, liman yaxınlığında güclü partlayış səsləri eşidilib. Şahidlər həmçinin zərbələr nəticəsində böyük yanğının baş verdiyini bildiriblər.
İsrail ordusu Yəmənin Hodeyda şəhərində üç liman və bir elektrik stansiyasının boşaldılmasına çağırıb.
Oxu.Az xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Avichai Edri öz "X" hesabında yazıb.
"İsrail qüvvələri tezliklə Yəmənin "Ənsar Allah" hərəkatının hərbi məqsədlər üçün istifadə etdiyi obyektlərə zərbələr endirəcək. İnsanlar təxliyə edilsinlər", - Avichai Edri xəbərdarlıq edib.