İsraildəki həbsxanalarda təqribən 25 min məhbus var və onların 14 min nəfəri məişət cinayətləri törətdiklərinə görə azadlıqdan məhrum olunublar. Yerdə qalan məhbuslar təhlükəsizliklə bağlı həbs olunublar. Onların əksəriyyəti fələstinlilərdir.
Oxu.Az milli.az-a istinadən xəbər verir ki, İsraildə 200 qadın məhbus var və onlar bir yerdə, Ramla şəhərindəki Neve Triza həbsxanasında cəza çəkirlər.
Paytaxt Təl-Əvivin yaxınlığında yerləşən, 1968-ci ildə ilk məhbusları qəbul etmiş bu həbsxana kiçik, yarıuçuq, hədsiz dərəcədə basırıq bir məkandır. Kameraların əksəriyyətinin sahəsi 13 m2-dir. Hər kamerada 5-6 qadın məhbus saxlanır. Onlar 18-70 yaş arasındakı qadınlardır.
Birləşmiş Millətlər Təşkilatının standartlarına görə, statusundan asılı olmayaraq, insanın əsas hüquqları arasında 8 m2 sahəli yaşayış məkanı var. Neve Trizada isə hər qadın məhbusa ən çox 2 m2 məkan düşür.
İsrailli fotoqraf Tomer İfrahın "cəhənnəm" adlandırılan həbsxanadan hazırladığı fotoseriyanı təqdim edirik.
İ.N.