Türkiyədə, İstanbulun Esenyurt rayonunda baş vermiş qəza nəticəsində avtobus dərəyə aşıb.
Oxu.Az "Türkiye Gazetesi"nə istinadən xəbər verir ki, qəza nəqliyyat vasitəsinin idarəetməni itirməsi səbəbindən baş verib.
İlkin məlumatlara görə, qəzada 2 nəfər ölüb, 9 nəfər isə xəsarət alıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara aparılıblar, onlardan birinin vəziyyəti ağırdır.