Türkiyənin İstanbul şəhərində İŞİD-lə bağlı istintaq çərçivəsində terror təşkilatının ölkə daxilindəki hərəkətləri və fəaliyyətlərinə dair araşdırma aparılıb. Şəhərdə İŞİD-ə qarşı əməliyyat keçirilib.
Bu barədə Oxu.Az İHA-ya istinadən xəbər verir.
Məlumata görə, xüsusi əməliyyat qrupları tərəfindən İstanbulun müxtəlif ünvanlarında eyni vaxtda reydlər keçirilib.
Əməliyyat zamanı təşkilatın təbliğat fəaliyyətini sosial media vasitəsilə həyata keçirən 10 nəfər şübhəli qismində saxlanılıb.
Şübhəlilərin evlərində aparılan axtarışlar zamanı çox sayda rəqəmsal materiallar müsadirə edilib. 10 nəfər dindirilmələri üçün İstanbul Terrorla Mübarizə İdarəsinə göndərilib.