İsveç kraliçası Silviya güclü başgicəllənmə ilə əlaqədar özünü pis hiss etdiyinə görə Karolina Universitetinin xəstəxanasına yerləşdirilib.
Oxu.Az bu barədə Report-a xəbər verir.
Məlumata görə, hadisə Silviyanın 73 yaşını qeyd etdiyi gün – dekabrın 23-də baş verib. Həkimlər onu müayinə etmək üçün gecə tibb müəssisəsində saxlayıblar.
“Son məlumata əsasən, kraliça özünü yaxşı hiss edir. Amma ehtiyat tədbiri kimi hələ ki xəstəxanada qalacaq”, - deyə kral sarayının mətbuat katibi Marqarita Turqren bildirib.
Kral ailəsinin bütün üzvləri bu haqda məlumatlandırılıblar.
A.S.
www.oxu.az