İtaliyanın Valle-d-Aosta vilayətində təxminən 130 nəfərə yaxın insan 2 mindən çox hündürlükdə yerləşən funikulyorda qalıb.
Oxu.Az Report-a istinadla xəbər verir ki, hadisə Çerviniyanın məşhur kurortunda baş verib. Qaldırıcı mexanizmin güclü küləyə görə dayandığı bildirilir.
“Cervino Spa” şirkətinin rəhbəri bildirib ki, qaldırıcı mexanizmdə qalmış insanların təxliyə əməliyyatı başlayıb. Onun sözlərinə görə, sərnişinlərin həyatı üçün heç bir təhlükə yoxdur.
A.S.
www.oxu.az