İsveçin cənub-qərbində Trusa şəhəri yaxınlığında “Avrora-2017” təlimlərinə cəlb edilən tank qatarla toqquşub.
Oxu.Az-ın TASS-a istinadən məlumatına görə, hadisə nəticəsində dörd nəfər xəsarət alıb.
Onlardan üçü tank ekipajının üzvü, biri isə qatarın maşinistidir.
Hazırda “Avrora-2017” təlimləri Syodermanland vilayətində davam etdirilir.
S.B.
www.oxu.az