İtaliyanın sabiq baş naziri Matteo Rentsi ölkənin hakim Demokrat Partiyasının katibi vəzifəsindən istefa verib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu o, partiya milli assambleyasının Romada keçirilən iclasında bəyan edib.
“Parçalanmadan da pis yeganə söz “şantaj”dır….Məndən getməyimi istəyirlər, bu demokrati deyil”, - deyə o bildirib və yenidən seçilmək üçün mübarizə aparacağını əlavə edib.
Matteo Rentsi bundan əvvəl referendum nəticəsində baş nazir postunu itirib.