Ermənistanın silahlı qüvvələrində generalların işdən çıxarılmasından və səs-küylü korrupsiya ifşalarından sonra Müdafiə Nazirliyinin dəhlizlərində gəzən söhbətlərə görə, prezident Serj Sarkisyan və müdafiə naziri Seyran Ohanyan arasında söhbət olub.
Oxu.Az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazır.
“Sarkisyan nazir Ohanyanı, sadəcə, Azərbaycan amilini nəzərə alaraq hələ vəzifədən uzaqlaşdırmağı lazım bilmir, amma o, özünü “təmizə” çıxarmalıdır. Yəni, Seyran Ohanyanın vəzifədən uzaqlaşdırılmasının Azərbaycanın əlində təxribat vasitəsinə çevrilməməsi üçün müdafiə naziri olaraq qalır”.
Bizim məlumata görə, Ohanyan yaxın ətrafına bildirib ki, özü vəzifədən getməsinə dair ərizə yazmaq fikrində deyil. Əgər pis işləyirsə, qoy onu vəzifədən prezident kənarlaşdırsın”, - “Joxovurd”ın məlumatında bildirilib.