Əfqanıstanda məscidə hücum nəticəsində azı 27 nəfər ölüb, 35 nəfər yaralanıb.
Oxu.Az “Tolo News”a istinadən xəbər verir ki, hücum ölkə paytaxtı Kabilin Çahar Qala rayonunda baş verib.
Terrorçu-kamikadze özünü məscidin içində partladıb.
Hələ ki, heç bir terrorist qruplaşması partlayışa görə məsuliyyəti üzərinə götürməyib.
N.О.