Əfqanıstanın paytaxtı Kabulda baş verən bir neçə terror aktı nəticəsində ölənlərin sayı 22-yə çatdı, 119 nəfər yaralanıb. Ölənlər arasında qadınlar və uşaqlar var.
Oxu.Az TOLOnews-ə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət nümayəndələri bəyan ediblər.
Terror aktına görə məsuliyyəti öz üzərinə “Taliban” terror təşkilatı götürüb.
Qeyd edək ki, martın 1-də Kabulda bir neçə terror aktı baş verib. Əfqanıstan paytaxtının müxtəlif rayonlarında polis bölmələri yaxınlığında bir neçə partlayış baş verib.
1 mart, saat 15:39
Əfqanıstanın paytaxtında çərşənbə günü silsilə partlayışlar nəticəsində ən azı 15 nəfər ölüb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı məlumat yayıb.
Əfqanıstanın Səhiyyə Nazirliyinin məlumatın görə, Kabulda terror aktları nəticəsində 30-dan çox adam yaralanıb.
Daha öncə Kabulda üç hücum həyata keçirilib. Ekstremistlər artilleriya məktəbinə, polis bölməsinə və paytaxtın müxtəlif rayonlarında yerləşən xüsusi xidmət binalarına hücum ediblər.
Silsilə terror aktlarına görə məsuliyyəti radikal “Taliban” hərəkatı öz üzərinə götürüb.
N.O.
www.oxu.az