Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Kann şəhərində elektrik enerjisi, mobil rabitə və İNTERNET KƏSİLDİ
Fransanın Kann şəhərində elektrik enerjisi, internet və mobil rabitə kəsintisi baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.
Məlumata görə, işıqforlar, liftlər və internet işləmir, mobil rabitə də demək olar ki, yoxdur.
Qeyd olunur ki, Kann festivalında qonaqların qəbulu zamanı problemlər yaranıb, internet şəbəkəsi olmadığı üçün onlar telefonlarından biletləri göstərə bilmədiklərinə görə çətinliklərlə üzləşiblər. İnterneti hələ də işlək olanlar girişi başqaları ilə paylaşıblar.
Kəsintinin səbəbləri barədə hələlik açıqlama verilmir.
"Kann şəhəri" teqi üzrə xəbərlər
Ən çox oxunanlar