Kataloniyada müstəqillik referendumu ilə əlaqədar səsvermə başa çatıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə APA TASS agentliyinə istinadən məlumat verir.
Məlumata əsasən, səsvermədə seçicilərin 50%-dən çoxu iştirak edib.
Rəy sorğularına görə, seçicilərin 41%-i muxtariyyətin müstəqilliyinin lehinə, 49%-i isə əleyhinə səs verib.
Qeyd edək ki, bu gün Kataloniyada müstəqilliklə bağlı referendum keçirilib. İspaniya hökuməti referendumu qanunsuz hesab edir.
N.О.