ABŞ hökuməti Çinə qarşı məhdudlaşdırıcı iqtisadi tədbirlər hazırlamağa başlayıb.
Oxu.Az məlumat verir ki, bu barədə Politico Donald Trampın administrasiyasının iki məmuruna istinadən xəbər verir.
Məlumata əsasən, ÇXR-ə qarşı iqtisadi sanksiyalar artıq avqustun əvvəlindən tətbiq oluna bilər.
Nəşr bildirir ki, sanksiyalar Ağ evin Pekinin Şimali Koreyaya təsir göstərə bilməməyinə cavab tədbiri olacaq. ABŞ hökuməti düşünür ki, Çin Şimali Koreyanın rəhbərliyinə ballistik raket və nüvə silahı yaratmaq və sınaqdan keçirməkdən imtina etməsi üçün daha güclü təsir göstərə bilərdi.
N.О.