Almaniya polisi ölkənin şərqində, Saksoniya federal torpağında yüksəkgərginlikli elektrik ötürücü xətlərinin yaxınlığında kustar üsulla hazırlanmış 12 partlayıcı qurğu aşkar edib.
Oxu.Az xəbər verir ki, bu barədə MDR teleradio şirkəti məlumat yayıb.
Qeyd olunub ki, mütəxəssislər qurğuları zərərsizləşdiriblər.
İstintaqın qənaətinə görə, kimliyi məlum olmayan şəxslər elektrik ötürücü xətlərində qısaqapanmaya səbəb olmaq və bununla da enerji təchizatını pozmaq niyyətində olublar.
Qaynar xətt:
(055) 224 12 12