İran nüvə silahı istehsal etmək imkanından azı hələ üç il uzaqda idi.
Oxu.Az xəbər verir ki, bu barədə CNN ABŞ kəşfiyyatına istinadən məlumat yayıb.
Bildirilir ki, İsrailin son hərbi zərbələri İranın nüvə proqramını bir qədər ləngidib, lakin bu, ciddi geriləmə ilə nəticələnməyib. Xüsusilə Natanz nüvə obyektində yaranmış dağıntılara baxmayaraq, daha dərin yeraltı Fordo nüvə mərkəzi demək olar ki, toxunulmaz qalıb.
Vurğulanır ki, İsrail xüsusi döyüş sursatları ABŞ-nin birbaşa aviasiya dəstəyi olmadan ona effektiv şəkildə hücum etmək iqtidarında deyil.