Rusiya ordusu bu gün səhər saatlarından etibarən Ukraynanın bir sıra şəhərlərinə, eləcə də paytaxt Kiyevə raket zərbələri endirib.
Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, paytaxta edilən hücum zamanı yaponiyalı jurnalist yaralanıb. O, xəstəxanaya yerləşdirilib.
Ümumilikdə təkcə Kiyevdə bu gün səkkiz nəfər mülki şəxs xəsarət alıb.
Bu gün hücuma məruz qalan obyektlər arasında Kiyev şəhərinin mərkəzində yerləşən mehmanxana da olub. Nəticədə bina tamamilə yararsız hala düşüb.
Mənbə: RBC