Konqo Demokratik Respublikasında (KDR) Ebola virusuna təsdiqlənmiş yoluxma hallarının sayı 635-ə yüksəlib.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Rocer Kamba sosial şəbəkə hesabında məlumat verib.
Rəsmi açıqlamaya görə, ölkədə sözügedən yoluxucu xəstəlikdən təsdiqlənmiş ölüm hallarının sayı 127-yə çatıb.
Qeyd olunur ki, qonşu Uqandada Ebola virusuna 19 təsdiqlənmiş yoluxma və iki ölüm faktı qeydə alınıb.
Qaynar xətt:
(055) 224 12 12