"Avropanın Ukraynadakı vəziyyətin tənzimlənməsi üzrə planı qəbuledilməzdir".
Oxu.Az "İzvestiya" nəşrinə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov bildirib.
"Biz artıq səhər bu Avropa planı barədə məlumat aldıq. O tamamilə qeyri-konstruktivdir və bizə uyğun gəlmir", - deyə Uşakov vurğulayıb.
O əlavə edib ki, ABŞ-nin Ukraynadakı münaqişənin nizamlanmasına dair 28 bəndlik sülh planının bir çox müddəası Moskva üçün məqbul görünür, lakin bu məsələ ilə bağlı Rusiya nümayəndələri ilə konkret danışıqlar aparılmayıb.