Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Latviya prezidenti velosipeddən yıxılaraq əlini sındırıb
Latviya Prezidenti Edqar Rinkeviç velosiped sürərkən əlindən ağır xəsarət alıb. Həkimlər tibbi müdaxilə etdikdən sonra onun sağ qoluna gips qoyublar.
Oxu.Az xəbər verir ki, bu barədə "Delfi" məlumat yayıb. Hadisə sentyabrın 28-də Rinkeviçs Olayne-Dalbe-Olayne marşrutu ilə velosiped sürərkən baş verib. Ertəsi gün o, Travmatologiya və Ortopediya Xəstəxanasına gedib, həkimlər onda sınıqların olduğunu müəyyən edib və gips qoyublar.
Latviya prezidenti özünün "Facebook" səhifəsində velosipeddən yıxılması barədə məlumat verib. "Velosiped mövsümü başa çatdı. Doktor Kriss Rozenberqs və Travmatologiya və Ortopediya Xəstəxanasının kollektivinə təşəkkür edirəm. Latviyalı həkimlər dünyanın ən yaxşılarıdır", - ölkə başçısı yazıb.
Prezidentin ictimaiyyətlə əlaqələr üzrə müşaviri Martins Dreqeris "LETA" agentliyinə bildirib ki, Rinkeviçs velosipeddən yıxılarkən sağ əlinin biləyini, sol əlindəki barmağını sındırıb. Dreqerisin sözlərinə görə, zədə prezidentin işinə təsir etməyəcək. Rinkeviçs yaza və sənədləri imzalaya bilir. O, gələn həftənin gündəliyinə hər hansı dəyişiklik planlaşdırmayıb.
"Latviya" teqi üzrə xəbərlər
- Prezident İlham Əliyev Davosda latviyalı həmkarı ilə görüşüb
- Latviyada əhalinin sayı azalmaqda davam edir
- Latviya 2028-ci ildən qadınlar üçün məcburi hərbi xidmət tətbiq edə bilər
- Dayqa Mierinya: "Latviya Azərbaycanın COP29-a ev sahibliyi etməsini alqışlayır"
- Latviya Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
Rəylər