Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Livan prezidenti hökumətin istefasını qəbul etdi - YENİLƏNİB
Livan Prezidenti Mişel Aun hökumətin istefasını qəbul edib.
“Al Jazeera” xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yeni hökumət qurulana qədər hazırkı hökumət vəzifəsinə davam edəcək.
Prezidentlə baş nazirin görüşündə tərəflər 4 avqustda Beyrut dəniz limanında baş vermiş partlayışdan sonra Livandakı son hadisələri də müzakirə ediblər. Dövlət başçısı görülən işlərə görə istefada olan hökumət üzvlərinə təşəkkürünü çatdırıb.
18:51
Livan hökuməti tam tərkibdə istefa verib.
“Haber Global” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Naziri Hamad Hasan açıqlama verib.
Seray sarayında hökumətin toplantısından sonra çıxışda jurnalistlərə qısa açıqlama verən hökumət rəsmisi bildirib ki, bu barədə baş nazir Hassan Diyab rəsmi bəyanat verəcək.
Qeyd edək ki, bir neçə gün əvvəl paytaxt Beyrutda limanda baş vermiş şiddətli partlayışdan sonra ölkədə dörd nazir və altı millət vəkili istefa vermişdi.
Rəylər