Londonda bir qrup fəal icazəsiz rusiyalı milyardçı Andrey Qonçarenkoya məxsus malikanəyə yerləşib.
Oxu.Az xəbər verir ki, bu barədə “Daily Mail” yazır.
Qəzet qeyd edir ki, “işğalçılar” binaya “ABŞ-ın əks-hakimiyyəti sürgündə” yazılan plakat asıblar və binanı evsizlər üçün sığınacaq kimi istifadə etmək niyyətindədirlər.
Nəşrin məlumatına görə, Qonçarenko 2014-cü ildə 15 milyon funta Britaniya paytaxtının ən bahalı küçələrindən biri olan İton-Skverdə malikanə alsa da, burada heç kim yaşamır. O vaxta qədər 1825-ci ildə inşa edilmiş bina hazırda başqa yerə köçmüş Servantes İnstitutuna (İspaniyanın mədəniyyət mərkəzi) mənsub idi.
Andrey Qonçarenko “Forbes” jurnalının versiyasına görə, zənginlər siyahısında olmasa da, o, Böyük Britaniyada çoxmilyonlu sövdələşmələri ilə məşhurdur.
N.O.
www.oxu.az