Belarus üzərindən keçməklə Ermənistandan Avropa ölkələrinin birinə uçan təyyarənin göyərtəsində radioaktiv maddə aşkarlanıb.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu bu gün “Qərb-2017” Rusiya-Belarus hərbi təliminin təşkili məsələlərinə həsr olunmuş toplantıda Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.
A.Lukaşenko hadisənin təfərrüatı barədə əlavə məlumat verməyib.
S.B.
www.oxu.az