ABŞ-nin Florida ştatının Mayami şəhərindəki beynəlxalq hava limanında"Amazon Prime Air" şirkəti üçün reys həyata keçirməyə hazırlaşan "Boeing 767" yük təyyarəsi uçuş-enmə zolağından çıxıb.
Oxu.Az "VINnews" portalına istinadən xəbər verir ki, təyyarə avtomobil yolunu keçərək dayanıb.
Mayami-Deyd dairəsinin şerifi Rozi Kordero-Stutz bildirib ki, hadisə nəticəsində azı beş nəfər ölüb, daha bir neçə nəfər xəsarət alaraq yerli xəstəxanalara yerləşdirilib.
İnsidenti ABŞ Federal Aviasiya Administrasiyası və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası araşdıracaq.