“İnter Mayami”nin ulduz futbolçusu Lionel Messi MLS-də (“Major League Soccer” - ABŞ və Kanada komandalarının yarışdığı ən yüksək futbol çempionatı - red.) mövsümün simvolik yığma komandasına düşməyib.
Qeyd edək ki, argentinalı oyunçu liqada altı oyun keçirib, bir qol vurub və iki məhsuldar ötürmə edib. Görünür, mütəxəssislər bunu qiymətləndirməyiblər.

Mənbə: RİA Novosti