Argentina millisinin və “Barselona”nın hücumçusu Lionel Messi sevgilisi Antonelle Rokuçço ilə bu yay evlənməyə hazırlaşır.
Oxu.Az sports.ru-ya istinadən xəbər verir ki, toy iyunun 30-da Messinin doğulduğu Rosario şəhərində baş tutacaq.
Cütlük artıq 10 ildir ki, bərabərdirlər. Onların 4 yaşlı Tyaqo və 1 yaşlı Mateo adlı övladları var.
Qeyd edək ki, toydan bir qədər öncə Messi iyunun 24-də 30 illiyini qeyd edəcək.
N.О.
www.oxu.az