Meksikanın paytaxtı Mexikoda dəhşətli hadisə baş verib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, Mexiko hüquq fakültəsində təhsil alan gənclər öz tələbə yoldaşını qatarın altına ataraq qətlə yetiriblər.
Hadisə anbaan təhlükəsizlik kameralarının yaddaşına düşüb.
Öz yoldaşını qatarın altına itələdikdən sonra, gənclər qaçmağa cəhd göstəriblər. Lakin polis tərəfindən saxlanılıblar.
Onların hamısı içkili olduqları müəyyən edilib.