Ermənistanın “Metsamor” AES-in fəaliyyəti təmir işləri ilə əlaqədar olaraq müvəqqəti dayandırılacaq.
Oxu.Az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə stansiyanın direktoru Movses Vardanyan bəyan edib.
Təmir işlərinin başlanması sentyabrın 20-nə planlaşdırılıb. Təmir işləri 61 gün davam edəcək, daha sonra noyabrın 20-də AES yenidən istismara veriləcək.
Təmir işlərinin bir hissəsi Rusiyadan alınan kreditin hesabına aparılacaq. İşlər başa çatdıqdan sonra AES Nüvə təhlükəsizliyinin nizamlanması üzrə Dövlət Komitəsinə 2026-cı ilə qədər fəaliyyətə dair icazə almaq üçün müraciət edəcək. İndiyə qədər alınan icazə AES-in 2016-cı ilə qədər istismar edilməsinə imkan yaradırdı.
N.O.
www.oxu.az