Britaniyanın Mühafizəkarlar partiyası hökuməti Şimali İrlandiyanın Demokratik Yunionist partiyası ilə koalisiya yaratmaq niyyətindədir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Tereza Mey, Böyük Britaniyanın kraliçası II Yelizaveta ilə görüşdən sonra bəyan edib.
“Ölkəyə heç vaxt olmadığı kimi sabitlik lazımdır. Belə görünür ki, İcmalar palatasında bu sabitliyi yalnız Mühafizəkarlar və Yunionist partiyasının qanuni olaraq təmin etmək imkanı mövcuddur”, - o, deyib.
Mey həmçinin bildirib ki, Böyük Britaniyanın Aİ-nin tərkibindən çıxmasına dair danışıqlar, əvvəldən planlaşdırıldığı kimi, iyunun 19-dan başlayacaq.
“İndi mən sabitliyi təmin edəcək və Böyük Britaniyanı irəli aparacaq hökuməti təşkil edə bilərəm. Bu hökumət ölkəni 10 gün sonra başlayacaq Brexit üzrə mühüm kritik danışıqlar mərhələsindən keçirərək irəli aparacaq”, - Mey deyib.
S.S.
www.oxu.az