Özbəkistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş birinci sədr müavini general Şöhrət Qulyamov ömürlük azadlıqdan məhrum edilib.
Oxu.Az “Fərqanə” informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Özbəkistan prezidenti Şavkat Mirziyoyev Surxandaryin vilayətində etdiyi çıxışda bəyanat verib.
“MTX-da daha bir ədabaz var idi. Vətənə xəyanət etdiyinə görə ömürlük azadlıqdan məhrum edildi. Qulyamov soyadlı yaramaz. Ancaq onun izləri hələ də qalmaqdadır” - deyə prezidentin informasiya agentliyi sitat gətirir.
Həmin çıxışda prezident xüsusi xidmət orqanından iki sədr müavinini kənarlaşdırdığını bildirsə də, Kun.uz saytında dərc olunan həmin audioyazı parçasında yalnız Şöhrət Taşpulatovun adı çəkilir. Taşpulatov 2017-ci ilin iyul ayından bəri MTX sədr müavini postunu tutub. Mirziyoyev ona “oğru” damğası vurub.
Bundan əvvəl yayılan xəbərə görə, 2017-ci ilin iyul ayında Mirziyoyev, Ş.Qulyamovu general rütbəsində məhrum edib və ona qarşı cinayət işinin açılmasına göstəriş verib.