Rusiyada “Moskva kredit” bankında girov götürülən bütün əməkdaşlar azad edilib.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, xüsusi xidmət orqanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində bankın ofisində 6 nəfəri girov götürmüş şəxs öldürülüb.
Cinayətkar binanın minalandığını bildirib və böyük məbləğdə pul tələb edib.
Bank ofisinə doğru gedən bütün yollar bağlanıb, ofis mühasirəyə alınıb.
23:03
Rusiyada naməlum şəxs “Moskva kredit” bankının 6 əməkdaşı girov götürülüb.
Bu barədə Oxu.Az Life nəşrinə istinadən xəbər verir.
İnsident bankın Pervomayskaya küçəsindəki filialında qeydə alınıb. Silahlı şəxs bankın 6 əməkdaşını girov götürüb.
Hadisə yerinə polis və xüsusi təyinatlılar cəlb edilib. Hələ ki girovları azadlığa buraxmaq üçün heç bir tələb irəli sürülməyib.