Moskva parlamentinə Fidel Kastroya abidə ucaltmağa dair təklif daxil olub.
Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, bu barədə Moskva Şəhər Dumasının sədri Aleksandr Şapoşnikov dünən mətbuat konfransında bildirib.
“Bu gün üçün Moskva Şəhər Dumasına bu məsələ üzrə iki təklif daxil olub. Birincisi, Şimali Medvedkovo rayonunun icra başçısındandır. O, rayonda layihələşdirilən keçidə Kastronun adının verilməsini və orada heykəlin qoyulmasını təklif edir. İkincisi isə Kuba ilə Dostluq Cəmiyyətinin üzvü Vladimir Uşakovdan gəlib. O, Moskvada yeni salınan meydanda Kastronun heykəlini qoymağı və bu meydana onun adının verilməsini təklif edir”, - Şapoşnikov deyib.
N.O.
www.oxu.az