Omandan olan yazıçı Coxa Alxartxi Beynəlxalq Buker mükafatına (Man Booker International Prize) layiq görülüb. Yazıçı “Göy cisimləri” (Celestial Bodies) romanına görə 50 min funt sterlinq dəyərində mükafat alıb. Coxa Alxartxi – Fars körfəzi ölkələrindən olan ilk Buker mükafatçısıdır. Buker mükafatı dünyanın ən məşhur ədəbiyyat müsabiqələrindən biridir. Öncə mükafatı yalnız ingilisdilli yazıçılar ala bilərdilərsə, 2016-cı ildən etibarən əsəri ingilis dilinə tərcümə olunan istənilən yazıçı bu şərəfə layiq görülə bilər.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin