MasterCard и CrescentRating şirkətləri 2015-ci ildə müsəlman turistlər üçün ən yaxşı şopinq istiqamətlərinin siyasını tərtib ediblər.
Oxu.Az xəbər verir ki, Muslim Travel Shopping Index 2015-in rəsmi saytında dərc edilən reytinqin ilk pilləsində Dubay (BƏƏ) qərarlaşıb.
İkinci yerdə Malayziyanın paytaxtı Kuala-Lumpur, 3-də isə Sinqapurdu.
İlk onluqda həmçinin London (Böyük Britaniya), İstanbul və Antalya (Türkiyə), Doxa (Qətər), Manama (Bəhreyn), Ər-Riyad (Səudiyyə Ərəbistanı) və Balinin (İndoneziya) adları var.
Ekspertlər ümumilikdə müxtəlif meyarlar üzrə 40 turizm istiqamətini nəzərdən keçiriblər.
Araşdırmalar zamanı müəyyən edilib ki, müsəlman səyahətçilər 2014-cü ildə şopinq və yeməyə 62 milyard dollar pul xərcləyiblər.