NATO-nun baş katibi Yens Stoltenberq BBC-yə verdiyi müsahibəsində alyansın Rusiya ilə konfrontasiya axtarmadığını və “soyuq müharibə”nin təkrarlanmasını istəmədiyini bildirib.
Oxu.Az xəbər verir ki, bununla yanaşı, NATO-nun 4 min əlavə hərbçisinin Şərqi Avropada yerləşdirilməsinin təmkin siqnalı olduğunu qeyd edib.
Onun sözlərinə görə, bu qərar münaqişəyə təşviqdən çox onun qarşısını almağa yardım edə bilər.
Bundan başqa, Stoltenberq qeyd edib ki, NATO Rusiyanın qaçılmaz təhdid hesab etmir. Baş katib alyansın, sadəcə, Rusiyanın Ukrayna ərazisində qoşunlarının yerləşdirməsinə, eləcə də Rusiya tərəfinin Avropa ölkələrini qorxutmaq üçün istifadə etiyi “nüvə ritorikasına” cavab verir.
N.O.
www.oxu.az