NATO-nun F-16 qırıcısı Rusiya müdafiə naziri Sergey Şoyqunun təyyarəsinə onu müəyyən etmək üçün yaxınlaşıb. Alyansın təyyarəsi nazirin laynerindən təhlükəsiz məsafədə uçub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə iyunun 21-də TASS agentliyinə təşkilatın qərargahından məlumat verilib.
“Hər hansı bir təyyarənin NATO sərhədlərinə yaxınlaşması zamanı, milli HHQ və Alyansın qırıcıları onu müşayiət etmək üçün havaya qaldırılır. Bu standart prosedurdur”, - RİA Novosti nəşri təşkilatın nümayəndəsinin sözlərini sitat gətirir.
NATO-dan həmçinin qeyd ediblər ki, təyyarənin göyərtəsində Rusiya müdafiə nazirinin olmasını bilməyiblər.
S.B.
www.oxu.az