OPEK-ə üzv olmayan 14 neft istehsal edən ölkədən yalnız 5-i dekabrın 10-da Vyanada danışıqlarda neftin gündəlik hasilatının məhdudlaşdırılmasını müzakirə etməyə razılıq verib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Belə ki, təşkilata daxil olmayan 14 ölkədən, yalnız Rusiya, Oman, Qazaxıstan, Meksika və Azərbaycan danışıqlarda iştirak etməyə razılıq veriblər.
“Hələlik heç nə məlum deyil, şənbəni gözləyək”, - agentliyin mənbələrindən biri bildirib.
Digər mənbənin məlumatına görə, OPEK-ə üzv olmayan ölkələr neft hasilatını əvvəldən danışılan 600 min barel əvəzinə, 500 min barel azaldacaqları ehtimal edilir.
N.O.
www.oxu.az